İstanbuldakı zəlzələdə xəsarət alanların sayı açıqlandı

Dünya
23:00 / 23.04.2025
4353
İstanbulda baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu AFAD-ın operativ qərargahında keçirilən iclasda məlumat verib:
"Zəlzələdən birbaşa təsirlənən, ilkin xəsarət alan olmayıb. Yıxılan, tullanan və panik atak keçirən 236 vətəndaş var. Yaralılarımızın hamısının vəziyyəti yaxşıdır və müalicəsi davam edir. İstanbulda hər hansı xidmətin dayandırılmasına səbəb olacaq vəziyyət aşkar etməmişik".
Qeyd edək ki, bu gün İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib.