İstanbulda 127 afterşok qeydə alındı


İstanbulda 127 afterşok qeydə alındı

Bu gün İstanbulda baş verən 6,2 maqnitudalı zəlzələdən sonra, yerli vaxtla saat 17:55-dək ən böyüyü 5,9 maqnitudalı olmaqla ümumilikdə 127 afterşok qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, şəhərin yalnız Fatih rayonunda bir tərk edilmiş bina dağılıb, 12 bina ehtiyat tədbiri olaraq boşaldılıb.

 

Təcili Xidmət Mərkəzinə 10 min 84 zəng daxil olub.

 

Hazırda təşvişə səbəb olacaq bir vəziyyətin olmadığı qeyd edilib. Ölkənin bütün dövlət qurumlarının səfərbər olunduğu vurğulanıb.


OXŞAR XƏBƏRLƏR