Türkiyədə telefona zəlzələ bildirişi gəldikdən 18 saniyə sonra yeraltı təkanlar oldu - VİDEO


Türkiyədə telefona zəlzələ bildirişi gəldikdən 18 saniyə sonra yeraltı təkanlar oldu - VİDEO

İzmirdə yayım aparan şəxsin telefonuna zəlzələ olacağına dair bildiriş gəldikdən 18 saniyə sonra yeraltı təkanlar baş verib.

 

Sfera.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bildirişdə zəlzələnin İstanbulda olacağına dair məlumat yer alıb və ehtiyatlı olmaq məsləhət görülüb.

 

Bildirişi alan şəxs 18 saniyə sonra zəlzələnin baş verdiyini hiss edib və təəccübünü gizlədə bilməyib.

 

Qeyd edək ki, aprelin 23-də İstanbulda 6.2 bal gücündə zəlzələ olub. Zəlzələ İzmir, Balıkesir, Çanakkale və Uşak vilayətlərində də hiss edilib.  (Oxu.az)

 


OXŞAR XƏBƏRLƏR