Bu şəxslərin Məkkəyə girişi qadağan edildi

Dünya
21:00 / 23.04.2025
6908
Səudiyyə Ərəbistanı iş icazəsi, Həcc vizası və ya Məkkə tərəfindən verilmiş yaşayış icazəsi olmayan əcnəbilərin çərşənbə günündən etibarən Məkkəyə girişinə qadağa qoyulacağını açıqlayıb.
Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.
Nazirlik bildirir ki, həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirib.
"Çərşənbə günündən etibarən Məkkəyə daxil olmaq üçün iş icazəsi, Məkkədə yaşayış vəsiqəsi və ya etibarlı həcc icazəsi tələb olunacaq", - məlumatda qeyd olunub.