Şri-Lankadan Azərbaycan həbsxanasına UZANAN YOL

Şri-Lankadan Azərbaycan həbsxanasına UZANAN YOL

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində üç Şri-Lanka vətəndaşı 45 yaşlı Ratnayake Nuvan, 25 yaşlı Sedara Munasinqhe və 33 yaşlı Dinesh Githakkarigenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az “haqqin.az”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər həmyerliləri, 28 yaşlı Pathirana Dinuka Nişantanın şikayəti əsasında saxlanılıblar. 

 

Belə ki, şikayət ərizəsinin verilməsindən sonra əməliyyat keçirilib və həmin şəxslər Azərbaycanı tərk etməyə cəhd edərkən Bakı Beynəlxalq Hava Limanında saxlanılıblar.


İstintaq müəyyən edib ki, 21 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində təqsirləndirilən şəxs Masazır kəndində Dinuka Pathirananı və onun atası Dammika Pathirananı döyüb, qarət edib və öldürməyə cəhd edib. Münaqişə tərəflər arasındakı gərginlikdən yaranıb. 

 

Məlum olub ki, Azərbaycanda təhsil üzrə məsləhətçi işləyən Dammika Pathirana əcnəbi tələbələrin ali məktəblərə qəbulunda köməklik edib. Təqsirləndirilən şəxslər ondan əvvəl müəyyən xərclər üçün verdikləri 1500 dolları qaytarmağı tələb ediblər.


Onlar ata və oğlunu bıçaqla hədələyib, bağlayıb, döyüb və qarət ediblər. Daha sonra təqsirləndirilən şəxslər qurbanlarının ağzını mələfələrlə bağlayıb, başlarına qara polietilen torbalar keçirib və qaz balonunun klapanını açıblar.

 

Qapını bağlayan cinayətkarlar hadisə yerini tərk ediblər. Lakin onların qurbanları qurtularaq polisə müraciət edə biliblər.


Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki nəfəri öldürməyə cəhd), 181.2.1 (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq quldurluq etmə) və 326-cı (rəsmi sənədləri və sənədləri oğurlama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə onlar 15 il müddətinə azadlıqdan məhrum ediliblər.


OXŞAR XƏBƏRLƏR

Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir?- VİDEO

Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzi qanunun tələblərini pozur.   Sfera.az xəbər verir ki, bu barədə “Baku TV” süjet hazırlay...

Yeni virusun əlamətləri nələrdir?

Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir.   Sfera.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, bu v...

Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım etdi - FOTO

"Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticəl...

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.   Bu barədə Sfera.az-a Azə...

"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa d...

İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib - FOTO

“Azərsun Holdinq” şirkətlər qrupu “Azərşəkər” və “Evim” markalı qənd məhsullarının istehsal edildiyi İmişli Kəllə Qənd Zavod...