Türkiyədə ağır qəza - Çox sayda xəsarət alan var

Dünya
10:14 / 20.04.2025
1847
Türkiyədə yük maşını ilə tur avtobusu toqquşub, 13 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, "Haber Global"ın məlumatına görə, hadisə Türkiyənin Bilecik vilayətinin Bozüyük rayonunda baş verib. Yük maşını ilə tur avtobusunun toqquşması nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar arasında tələbələrin də olduğu bildirilib. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər və hazırda müalicə olunurlar.