500-dən çox əsir azad edildi

Dünya
21:00 / 19.04.2025
4542
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün danışıqlar prosesi nəticəsində 246 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 246 hərbi qulluqçusu təhvil verilib”, - məlumatda bildirilib.