Ərdoğanla Tramp bu tarixədək görüşəcək

Ərdoğanla Tramp bu tarixədək görüşəcək

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp iyunda Haaqada keçiriləcək NATO sammitindən əvvəl görüşə bilərlər.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Türkiye” qəzeti yayıb. 

 

“Ərdoğan və Trampın iştirak edəcəyi ilk beynəlxalq tədbir iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammiti olacaq. Lakin, iki ölkə liderinin bu sammitə qədər ya Türkiyə, ya da ABŞ-də görüş keçirəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub. 

 

Qeyd edək ki, bundan əvvəl, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara və Vaşinqtonun liderlərin görüşünün yeri və tarixini müəyyənləşdirdiyini bildirmişdi.

 


OXŞAR XƏBƏRLƏR