Suriya İraq sərhədinə əlavə qüvvələr göndərdi

Suriya İraq sərhədinə əlavə qüvvələr göndərdi

Suriya hökuməti silahlı birləşmələrin fəallığının artması ilə əlaqədar İraqla sərhəd bölgələrində təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görüb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.

 

Qeyd olunub ki, cümə günü Dəməşqdən göndərilən əlavə hərbçilər keçid məntəqəsinin yerləşdiyi Əbu Kamal şəhərinə gəlib.

 

Onlara Deyr əz-Zor əyalətinin şərq sərhədinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb. Xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.


OXŞAR XƏBƏRLƏR