İtaliyada kanat yolu qırıldı: Ölənlər var

İtaliyada kanat yolu qırıldı: Ölənlər var

Qəza İtaliyanın cənubundakı Neapol yaxınlığında, Monte Faito dağında baş verib. Kabel qopub, kabin yüksək hündürlükdən düz meşəlik yamaca düşüb.

 

Sfera.az bildirir ki, ən azı dörd nəfər həlak olub, daha biri itkin düşüb. Qeyd edək ki, Monte Faito kanat avtomobili məşhur turistik yerdir.

 

Tarixi Castellammare di Stabia şəhərini Monte Faito ilə birləşdirən kanat yolu rəsmi açılışından cəmi bir həftə sonra çöküb.

 

Hazırda yanğınsöndürənlər və mina-xilasetmə qrupları hadisə yerindədir, lakin güclü külək və pis hava şəraiti səbəbindən onların işləməkdə çətinlik çəkdiyi bildirilir.

 

Ayrı kabinədə səyahət edən təxminən 16 sərnişin təhlükəsizdir.

 

Yerlu vaxtla saat 16:30 radələrində İtaliya mediası teleferik dağın ətəyində havada asılı qalan iki kabinənin dağıldığını bildirib. Nəticədə turistlər təhlükəsizlik kəmərindən istifadə etməklə bir-bir kabinədən çıxarılıb.

 

Qeyd edək ki, bu, İtaliyada baş verən ilk kanat qəzası deyil. 2021-ci ildə Maggiore gölünün şimal hissəsini yaxınlıqdakı dağla birləşdirən kanat yolu da çökmüşdü.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...