Fransada xüsusi təyinatlılar tətilə başladı

Fransada xüsusi təyinatlılar tətilə başladı
Kateqoriya məlum deyil
T

Fransa polisinin elit bölməsi, BRİ Xüsusi Axtarış və Müdaxilə Bölməsi tətil elan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.

 

Ölkə üzrə 400-ə yaxın xüsusi təyinatlı iş vaxtından artıq işləməkdən imtina edərək, tətilə qoşulub.

 

BRİ-nin regional əməkdaşlarına əlavə iş saatlarına görə 400 avro mükafat təklif edilib, lakin onlar bu məbləğin 650 avroya qədər artırılmasını tələb edirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR