23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

Cənubi Kaliforniya ştatında bu həftə baş verən 5.2 bal gücündəki zəlzələ bölgədəki ən böyük təhdidə səbəb olan "Elsinore" qırılmasının hərəkətliliyini yenidən gündəmə gətirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, uzunluğu 180 kilometr olan "Elsinore" qırılması, Cənubi Kaliforniyanın ən böyük, lakin tarixən “ən səssiz” fay zonalarından biri hesab olunur.
Zəlzələnin episentri, “San Diego County”yə bağlı “Julian” bölgəsində qeydə alınıb və “San Diegodan Los Anceles”ə qədər bir çox yaşayış məntəqəsində hiss olunub.
Seysmoloqlar xəbərdarlıq edirlər ki, "Elsinore" qırılması uzun müddətdir sakit olsa da, bu onun təhlükəsiz olduğu anlamına gəlmir. Məşhur seysmoloq Lusi Cons “Los Angeles Times” qəzetinə bildirib ki, bu qızılma xətti 7,8 bal gücündə zəlzələ yaratmaq qabiliyyətinə malikdir və bu, region üçün ən ciddi təhdidlərdən biridir.
ABŞ Geoloji Araşdırma Mərkəzi, "Elsinore" qırılması boyunca baş verə biləcək 7,8 bal gücündə zəlzələ ssenarisini yayımlayıb. Sənəddə qeyd olunur ki, belə bir zəlzələ Elsinore Gölü, Temecula, Murrieta, Corona, Chino Hills və Los Ancelesin şərq hissəsi də daxil olmaqla geniş bir ərazidə ciddi dağıntılara səbəb ola bilər.
Bundan əlavə, Rancho Cucamonga, Fontana, San Bernardino, Orange County sahilləri, South Bay və San Fernando Vadisi kimi ətraf bölgələrdə də çox güclü təkanlar hiss oluna bilər.
Fidan Hacızadə