İndoneziya sahilində güclü zəlzələ oldu

İndoneziya sahilində güclü zəlzələ oldu
Kateqoriya məlum deyil
T

İndoneziyada Sulavesi adasının sahilində 5,6 maqnitudalı zəlzələ olub.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

 

Qeyd olunub ki, yeraltı təkanların episentri təqribən 10 min nəfərin yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR