Van Damm Putinə müraciət etdi: "Sülh səfiriniz olum"

Dünya
07:57 / 17.04.2025
6724
Belçika əsilli amerikalı aktyor Jan-Klod Van Damm Rusiya rəhbərliyinə müraciət edərək Rusiyaya gəlib sülh səfiri olmaq istədiyini bildirib.
Sfera.az xəbər verir ki, onun müraciətinin videosunu ukraynalı jurnalist Diana Pançenko öz “Telegram” kanalında yayıb.
"Biz Rusiyaya gəlmək istəyirik. Çalışacağıq ki, hər şeyi sizin istədiyiniz kimi edək ki, biz sülh səfiri olaq. Mən o (sülh səfiri) olmaq istərdim. Belə bir titula sahib olmaq böyük şərəf olardı", - aktyor bildirib. (APA)