62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos həm də “Amazon”un qurucusudur. Altı qadının hamısı qısa uçuşdan sonra sağ-salamat Yerə qayıdıb. Bu, 1963-cü ildən bəri qadınların kosmosa ilk missiyasıdır.
Sfera.az bildirir ki, “Blue Origin” missiyasının qadın heyəti kosmosdan qayıdıb.
62 ildən sonra ilk dəfə olaraq kosmosa gəminin qadın ekipajı çıxıb. Bu, 1963-cü ildən sovet kosmonavtı Valentina Tereşkovanın “Vostok 6” kosmik gəmisi ilə üç gün kosmosa uçmasından sonra bir ilkdir. “New Shepard”ın göyərtəsində altı qadın var idi.
“Blue Origin” tərəfindən tarixi olan son turist missiyasının heyətinə aşağıdakılar daxildir:
Amerikalı müğənni Kati Perri;
Ceff Bezosun nişanlısı Lauren Sançez;
film prodüseri Kerrianne Flynn;
Teleaparıcı Gayle King;
keçmiş NASA alimi Aisha Boe;
bioastronavtika mütəxəssisi Amanda Nguyen.
Bu missiya NS-31 adlandırılıb, çünki “New Shepard” raketi artıq kosmosa 31 uçuşu tamamlayıb, onlardan sonuncusu da daxil olmaqla, yalnız 11-i ekipaj üzvü olub. “New Shepard” daşıyıcı aparatdan və eyni adlı kosmik gəmidən ibarət təkrar istifadə edilə bilən təkpilləli raketdir.
Kosmik turistlər 100 km yüksəklikdə yerləşən və kosmosun başladığı sərhəd hesab edilən Karman xəttini keçə biliblər.
Uçuşun öziiü 11 dəqiqədən bir qədər az davam edib və NS-31 missiyasının heyəti cəmi bir neçə dəqiqə sıfır çəkisi şəraitində qala bilib. Eyni zamanda kosmosdan Ayı və Yeri də görməyə nail olublar.
“New Shepard” raketi havaya qalxdıqdan 7,5 dəqiqə sonra buraxılış meydançasına qayıdıb və kosmik gəmi tarixi uçuş başlayandan təxminən 11 dəqiqə sonra paraşütlə geri qayıdıb.
Qeyd edək ki, kosmos turistlər “New Shepard” gəmisinə nəzarət etməyiblər və o, tamamilə avtonom uçuş olub, baxmayaraq ki, missiyanı Yerdən gələn “Blue Origin” şirkətinin mütəxəssisləri dəstəkləyib.
“Blue Origin” tam bilet qiymətlərini açıqlamasa da, “&New Shepard” kosmik gəmisində yer rezerv etmək üçün 150.000 dollar depozit tələb olunur.
Xanım