Rusiyalı səfir İsveç XİN-ə çağırıldı

Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
Kateqoriya məlum deyil
T

Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev İsveç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə İsveç XİN məlumat yayıb.

 

Bildirilir ki, diplomat Rusiya tərəfindən Ukraynanın Sumı və Krivoy Roq şəhərlərinə edilən hücumlar səbəbindən XİN-ə çağırılıb.

 

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin aprelin 13-də Sumı şəhərinə iki "İsgəndər-M" raketi atması nəticəsində onlarla dinc sakin həlak olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR