Zelenski Rusiya ordusunda döyüşən çinlilərin sayını açıqladı

Zelenski Rusiya ordusunda döyüşən çinlilərin sayını açıqladı

Donetskdə Rusiya ordusunda döyüşərkən Ukrayna qüvvələri tərəfindən əsir alınan iki Çin vətəndaşı Van Quançunq və Çjan Renbo Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən təşkil olunan mətbuat konfransında jurnalistlər qarşısına çıxarılıb. Çin əvvəlcə vətəndaşlarının Rusiya üçün döyüşdüyü iddialarını rədd etsə də, Ukraynanın bu addımından sonra tərəfləri məsuliyyətsiz açıqlamalardan çəkinməyə çağırıb.

 

Sfera.az “Posta” qəzetinə istinadən xəbər verir ki, çinli əsgərlər mətbuat qarşısında muzdlu olaraq döyüşdüklərini, Çin dövləti ilə heç bir əlaqələrinin olmadığını bildiriblər.

 

Onların sözlərinə görə, "TikTok" və digər platformalarda verilən elanlarla aldadılaraq Rusiyaya cəlb olunublar.


Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyanı Çin və digər ölkələrdən döyüşçülər toplamaqda ittiham edib. O, azı bir neçə yüz Çin vətəndaşının Rusiya ordusunda vuruşduğunu və bunun Putinin müharibəni bitirmək əvəzinə genişləndirmək istədiyini göstərdiyini deyib.


Əsir düşən Van və Çjan, Rusiyanın onlara yalan danışdığını, çətin şəraitdə saxlanıldıqlarını və gündə cəmi bir ovuc çiy düyü ilə yaşadıqlarını bildiriblər. Onlar heç bir Ukrayna əsgərini öldürmədiklərini xüsusi vurğulayıblar və vətənlərinə qayıtmaq istədiklərini, lakin Çində cəza alma ehtimalından xəbərdar olduqlarını da qeyd ediblər.
Çin Xarici İşlər Nazirliyi isə Ukraynanın bu iddialarını qətiyyətlə təkzib edərək, ölkənin Ukrayna münaqişəsindəki mövqeyinin aydın və dəyişməz olduğunu bir daha bəyan edib.


Əsir alınan Çinli döyüşçülərdən biri – Van, Çin vətəndaşlarına müraciət edərək bildirib:


“Bu müharibəyə gəlməyi düşünənlərə səslənirəm: Qətiyyən gəlməyin!”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...