Tatlısəsin qardaşı həbs edildi

Tatlısəsin qardaşı həbs edildi

Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin qardaşı, müğənni Hüseyn Tatlı həbs olunub.

 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun taksi sürücüsü ilə arasında baş verən dava olub.

 

Belə ki, ötən həftə sonu Antalyada bir məkanda səhnəyə çıxaraq konsert verən Hüseyn Tatlı daha sonra onun üçün çağırılan taksiyə minib. Qaldığı hotelə çatanda sürücü ondan gedişhaqqını tələb edib ki, bu da məkan tərəfindən qarşılanmalı olub.

 

Bundan sonra tərəflər arasında münaqişə baş verib. Belə ki, iddiaya görə, H. Tatlı onu döymək istəyən taksi sürücüsünü vurub. Həmin şəxs zərbənin təsirindən yerə yıxılıb. Tatlı isə hotelə doğru hərəkət edərkən sürücünün dostları ona təpik və yumruq zərbələri endiriblər. Tanımadığı üç nəfər tərəfindən döyülən müğənni yerə yıxılaraq ayağını sındırıb.

 

Xəstəxanaya aparılan müğənniyə dərhal müdaxilə olunub. Müalicəsi tamamlanan Hüseyn Tatlı taksi sürücüsünün şikayəti əsasında polis tərəfindən nəzarətə götürülüb.

 

Taksi sürücüsü başından aldığı zərbədən sonra gecə ərzində reanimasiyada müşahidə altında qalıb.

 

Hüseyn Tatlı taksi sürücüsünün həyatının təhlükədə olduğu səbəbilə saxlanılaraq həbsxanaya göndərilib.

 


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...