Xamenei müharibəyə hazırlıq göstərişi verdi

Dünya
16:28 / 14.04.2025
5165
İran rəhbəri Əli Xamenei bazar günü hərbi komandirlərlə görüşdə silahlı qüvvələrin hazırlığını yüksəltməyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumatda bildirilib ki, Omanda İran və ABŞ nümayəndələri arasında danışıqlardan bir gün sonra Əli Xamenei yüksək səviyyəli hərbi komandirlərlə görüşərək, maksimum hazırlığın saxlanması və syrsat imkanlarının artırılmasının vacibliyini vurğulayıb.
Müxtəlif mövzulardan danışan Xamenei Omanda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlara toxunmayıb.