Hakan Fidan Ararat Mirzoyanla görüşdü

Dünya
23:40 / 12.04.2025
11051
Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Hakan Fidan və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Görüşdə Türkiyə ilə Ermənistan arasında gündəlikdəki məsələlər müzakirə olunub.
Regional və beynəlxalq proeslərlə bağlı fikir mübadiləsi aparılıb. (Publika.az)