Türkiyədə metrobuslar toqquşdu - Xeyli sayda yaralı var
Kateqoriya məlum deyil
Türkiyənin İstanbul şəhərinin Avcılar səmtində metrobus dayanacaqda gözləyən başqa bir metrobusla toqquşub.
Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, toqquşma nəticəsində meydana gələn qəzada 2-si uşaq olmaqla 21 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım və polis çağırılıb.
Qəza səbəbindən xidmətlər dayandırılıb, metrobuslarda uzun növbələr və sərnişin sıxlığı yaranıb.








