Fidanla Lavrov görüşdü: Nələr müzakirə olundu?

Fidanla Lavrov görüşdü: Nələr müzakirə olundu?

Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, S.Lavrov səfər çərçivəsində H.Fidan ilə ikitərəfli danışıqlar aparıb, həmçinin IV Antalya Diplomatik Forumunda iştirak edib.

 

Görüş zamanı S.Lavrov və H.Fidan beynəlxalq və regional gündəliyin əsas məsələləri, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətlə bağlı ətraflı müzakirələr aparıblar. Həmçinin siyasi dialoq, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq üzrə mövqelər nəzərdən keçirilib.

 

Nazirlər qarşıdakı Rusiya-Türkiyə təmaslarının təqvimini də müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR