Putinin sadiq cəsusu geri döndü - Diplomatlara güvən azalıb

Putinin sadiq cəsusu geri döndü - Diplomatlara güvən azalıb

Ukraynanın gələcəyinə birbaşa təsir edən ABŞ - Rusiya danışıqlarında Kremldə mühüm rol oynayan tanınmış casus general Sergey Beseda yenidən səhnəyə qayıdıb. Rusiya Prezidenti Vladimir Putinin ən sadiq kəşfiyyatçılarından biri olan general-polkovnik Beseda, ABŞ-li rəsmilərlə barış danışıqlarında iştirak etmək üçün yenidən ön plana çıxıb.

 

Sfera.az xəbər verir ki, "Wall Street Journal" nəşrinin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) daxilində “Baron” ləqəbi ilə tanınan Beseda, ötən il ABŞ və Rusiya arasında baş tutan 24 məhbusun mübadiləsi prosesində əsas vasitəçilərdən biri olub.

 

Onun adının ictimaiyyətə açıqlanması Vaşinqton tərəfindən riskli sayılıb və Bayden administrasiyası bu kanalların qorunmasına önəm verib.

 

Bu il isə Beseda, Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun Moskvaya səfəri ilə yenidən danışıqlar masasına qayıdıb. Besedanın yenidən aktiv rola başlaması, Putinin diplomatik müzakirələrdə Xarici İşlər Nazirliyindən çox kəşfiyyat orqanlarına güvəndiyini göstərir. Təhlükəsizlik analitikləri bunun Soyuq Müharibə dövründə belə müşahidə edilmədiyini bildirirlər.

 

Ukrayna rəsmiləri Besedanı, Kremlin təsirindən qurtulmaq cəhdlərini baltalamaq üçün kampaniya aparmaqda ittiham edir. 2014-cü ildə Ukraynada Rusiya yönlü prezidentin devrilməsi zamanı Besedanın, onlarla etirazçının öldürülməsi ilə nəticələnən əməliyyatda iştirak etdiyi iddia olunur. Rusiya isə onun sadəcə səfirliyi qorumaq məqsədilə Kiyevdə olduğunu bildirir.

 

Ekspertlərə görə, Besedanın danışıqlarda iştirakı, Kreml rəhbərliyinin Ukrayna üzərində nəzarət iddiasından geri çəkilmədiyinin açıq göstəricisidir. Bu isə nə Ukraynanın, nə də Qərb dövlətlərinin qəbul edə biləcəyi bir ssenaridir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...