Türkiyədəki “Azərbaycan” məhəlləsi ilə bağlı yeni xəbər


Türkiyədəki “Azərbaycan” məhəlləsi ilə bağlı yeni xəbər

Hazırda Türkiyənin Qəhrəmanmaraş şəhərində salınan “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşmaq üzrədir.

 

Sfera.az xəbər verir ki, bunu Report-a Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

 

“4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilir. “Azərbaycan” məhəlləsində yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri Türkiyənin səlahiyyətli qurumu tərəfindən tamamlanmaq üzrədir. Layihə hazır olduqdan sonra qısa zaman ərzində mədəniyyət mərkəzinin və yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün işlərə başlanılacaq”, - deyə o qeyd edib.

 

"2024-cü il sentyabrın 11-də “Azərbaycan” məhəlləsində MİDA-nin inşa etdiyi Heydər Əliyev adına ibtidai məktəbinin və uşaq bağçasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən nümayəndə heyətləri iştirak ediblər. Üçmərtəbəli müasir təhsil kompleksi 20 ibtidai sinif otağından və 3 uşaq bağçası otağından ibarətdir. Bundan əlavə, məktəbdə təhsilə dəstək məqsədilə xüsusi tədris və yaradıcılıq məkanları da yaradılıb. Buraya 1 emalatxana, 1 musiqi otağı, rəsm və əmək dərsləri üçün 2 emalatxana, eləcə də texnologiya, riyaziyyat və mühəndislik sahələrinə yönəlik 1 xüsusi emalatxana daxildir", - deyə sədr müavini əlavə edib.


OXŞAR XƏBƏRLƏR

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...