Trampın xüsusi nümayəndəsi Putinlə görüşəcək

Dünya
15:05 / 11.04.2025
4672
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfərə yollanıb.
Sfera.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Prezident Trampın diplomatik elçisi bu gün prezident Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Bununla belə, ABŞ Dövlət Departamenti səfərlə bağlı məlumatı şərh etməyib.