"Böhranın astanasındayıq, bütün variantlara hazır olmalıyıq" - Tokayev

"Böhranın astanasındayıq, bütün variantlara hazır olmalıyıq" - Tokayev

Dünyadakı cari hadisələr qlobal iqtisadi fırtınanın xəbərçisi ola bilər.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxt iqamətgahında qazaxıstanlı alimlər qarşısında çıxışı zamanı bildirib.

 

"Bir çox ekspertlər bəyan edirlər ki, dünya son onilliklərin ən ağır böhranlarından birinin astanasındadır. Tarif müharibələri nəticəsində istehsal və ticarət zəncirləri qırılır, bazarların zəifləməsi qeydə alınır, xammal qiymətlərində yüksək volatillik müşahidə olunur. Bu qaçılmaz olaraq bütün ölkələrə, o cümlədən Qazaxıstana təsir edəcək", - deyə K.Tokayev bildirib.

 

O, toplantı iştirakçılarını əmin edib ki, ölkə hakimiyyəti bu iqtisadi fırtınanın Qazaxıstan iqtisadiyyatına təsirlərinin aradan qaldırılması məsələlərinin həlli ilə məşğuldur: "Əminəm ki, panikaya səbəb yoxdur. Biz həmişə səylərimizi prioritet istiqamətlərə yönəldərək bütün çağırışların öhdəsindən inamla gəlmişik".

 

K.Tokayev, əlverişsiz xarici amillərə baxmayaraq, bütün prioritet infrastruktur layihələrinin və digər planlaşdırılmış işlərin tam həcmdə yerinə yetiriləcəyinə əminlik ifadə edib.

 

Qazaxıstan Prezidenti xatırladıb ki, aprelin 9-da ölkə hökumətinə və yerli icra orqanlarına inkişaf tempinin və investisiya axınının azalmasının qarşısını almaq məqsədilə fəaliyyət planı üzərində işi təcili şəkildə tamamlamağı tapşırıb.

 

"İndiki şəraitdə investisiyalar uğrunda mübarizə başlayacaq. Biz bütün variantlara hazır olmalı, praqmatik və inamla hərəkət etməliyik. Böhranlar ona görə yaxşıdır ki, idarəçilərin işgüzar keyfiyyətlərinin olub-olmadığını aydın şəkildə göstərir, həm də yeni imkanlar yaradır. Bu, radikal xarici şoklar şəraitində milli iqtisadiyyatın dayanıqlığını və sosial sabitliyi qorumaq üçün son dərəcə vacibdir", - o qeyd edib.

 


OXŞAR XƏBƏRLƏR

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...

Keniyada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTO

Keniyada Azərbaycanın 28 May - Müstəqillik Gününə həsr olunmuş ziyafət təşkil edilib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşl...

Hakan Fidan: Putin, Tramp və Zelenskinin bir araya gəlməsi...

"Əvvəlki görüşdə tərəflərin razılaşdığı əsir mübadiləsi baş tutub. Liderlərin görüşü üçün nələrin edilə biləcəyi ilə bağlı ilkin hazırlıqlar görülüb."...