Çin ABŞ-yə səfər edən vətəndaşlarına xəbərdarlıq etdi

Çin ABŞ-yə səfər edən vətəndaşlarına xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

Çin Mədəniyyət və Turizm Nazirliyi Çin ilə ABŞ arasında iqtisadi və ticarət münasibətlərindəki gərginlik, həmçinin ABŞ-də mövcud olan təhlükəsizlik durumu səbəbilə Çin vətəndaşlarına bu ölkəyə səfərlə bağlı riskləri dəyərləndirməyi və ehtiyatlı davranmağı tövsiyə edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Çin Təhsil Nazirliyi də ABŞ-nin Ohayo ştatında Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsinə münasibət bildirib. Sənəddə Çin vətəndaşı tələbələrə qarşı mənfi müddəaların yer aldığı vurğulanaraq, çinli tələbələrə həmin ştatda təhsil almağı seçərkən təhlükəsizlik risklərini ciddi şəkildə qiymətləndirmələri tövsiyə olunub.

 

Fidan Hacızadə
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR