Tarixdə bir ilk: Elm adamları nəsli kəsilmiş bu heyvanı həyata qaytardı


Tarixdə bir ilk: Elm adamları nəsli kəsilmiş bu heyvanı həyata qaytardı

ABŞ-ın Texas ştatında yerləşən Colossal Biosciences şirkəti elmi aləmdə sensasiya yaradacaq bir uğura imza atıb.

 

Sfera.az xarici mediaya istinadla xəbər verir ki, təxminən 12.500 il əvvəl nəsli kəsilmiş qədim canavar növü - Aenocyon dirus - yenidən həyata qaytarılıb. Gen redaktəsi və klonlaşdırma texnologiyalarının birləşdiyi bu layihə elm aləmində həm heyranlıq, həm də müzakirə doğurub.

 

Colossal-ın məlumatına görə, üç primitiv canavar - iki erkək və bir dişi - uğurla dünyaya gəlib. Qədim DNT fosillərdən çıxarılıb, müasir boz canavarların genetik kodu ilə birləşdirilərək 14 gen üzərində 20-dən çox redaktə aparılıb. Bu dəyişikliklər nəticəsində ağ və qalın xəzə, daha geniş kəllə quruluşuna və güclü çənələrə sahib olan canlılar yaradılıb.

 

Embrionlar iri cins ev itlərinin daşıyıcılığı ilə doğulub. İlk erkək balalar 2024-cü ilin oktyabrında, dişi isə 2025-ci ilin yanvarında dünyaya gəlib.

 

Qeyd edək ki, dirçəldilən bu qədim canavar növü, bir vaxtlar Şimali Amerikanın ən böyük yırtıcısı olub və HBO-nun məşhur serialı *"Game of Thrones"*da yer alan qorxunc diqurtlara da ilham verib.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...