BMT çağırış etdi: "Qəzza ölüm meydanına çevrilib"

BMT çağırış etdi: "Qəzza ölüm meydanına çevrilib"

“Qəzza ölüm meydanına çevrilib, dinc sakinlər sonsuz ölüm dövrünə düşüb”.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş mətbuata açıqlamasında deyib.

 

Baş katib qeyd edib ki, artıq bir aydan çoxdur Qəzzaya heç bir humanitar yardım daxil olmur. Onun sözlərinə görə, daha əvvəl atəşkəsin qüvvədə olduğu dövrdə girovlar azad edilmiş və həyat qurtaran yardımlar əhaliyə çatdırıla bilmişdi.


Quterreş bu dramatik vəziyyətdə dərhal atəşkəsin əldə olunmasının, bütün məhbusların qeyd-şərtsiz azad edilməsinin və tam humanitar yardımın təmin edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, yardım keçid məntəqələrinin bağlanması təhlükəsizlik və yardım çatdırma imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

 

4-cü Cenevrə Konvensiyasına istinad edən Quterreş bildirib ki, işğalçı dövlətin əsas öhdəliklərindən biri işğal olunmuş ərazidə yaşayan əhalinin ərzaq və tibbi ehtiyaclarını ödəməkdir. O əlavə edib ki, işğalçı dövlət həmçinin səhiyyə və xəstəxana müəssisələrinin, ictimai səhiyyə və gigiyena xidmətlərinin fəaliyyətini təmin etməli və humanitar yardım proqramlarını qəbul etməlidir.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...

İt səhrada itmiş uşağı evə gətirdi - FOTO

ABŞ-ın Arizona ştatında itkin düşən körpəni bir gecə ümidsiz axtarışlardan sonra it xilas edib. İki yaşlı uşaq evinin yolunu tapmaq üçün təxminən 11 kilometr pi...

ABŞ-Çin Ticarət Müharibəsi: Konqresmendən gülməli açıqlama

ABŞ siyasətçisi, konqresmen və respublikaçı Cek Kimbl biabırçı vəziyyətə düşüb. ABŞ və Çin arasında ticarət müharibəsinin getdiyi bir vaxtda o, maraqlı açıqlama...

Niyə çox ölkələrin bayraqlarında bənövşəyi rəng yoxdur?

Bayraqlara baxdığımız zaman parlaq sarıları, qırmızıları, ulduzları və hətta əjdahaları görə bilərik, lakin bənövşəyi rəngi tapmaq demək olar ki, mümkün deyil. ...

Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib - red.) öldürüb.   Sfera.az xəbər verir...

Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klini...