Meloni Trampla görüşəcək - Nələr müzakirə ediləcək?

ABŞ Prezidenti Donald Tramp İtaliya Baş Naziri Corca Melonini 17 aprel 2025-ci il tarixində Ağ Evdə rəsmi işgüzar səfər üçün qəbul edəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Ağ Ev sözçüsü Karoline Leavitt mətbuat brifinqində bu haqda məlumat verib.
O deyib ki, bu görüşdə, ABŞ-İtaliya əlaqələrinin daha da gücləndirilməsi və qlobal məsələlərin müzakirə olunması gözlənilir.
Tramp və Meloni sonuncu dəfə 5 yanvar 2025-ci ildə Trampın Floridadakı "Mar-a-Lago" malikanəsində bir araya gəliblər. Həmin görüşdə Tramp Melonini tərifləmişdi. O, Meloni haqqında “Möhtəşəm bir qadındır, Avropanı ələ alıb” demişdi.
17 aprel tarixində keçiriləcək görüşdə, əsas müzakirə mövzularından biri, Trampın tətbiq etdiyi yeni gömrük vergisi siyasəti olacaq. ABŞ-nin Avropa İttifaqına 20 faiz əlavə gömrük vergisi tətbiq etməsi qərarı Avropa ilə ticarət əlaqələrində gərginlik yaradıb.
Meloni İtaliya ixracatçılarının bu vergilərdən necə təsirlənəcəyini və həmçinin ABŞ ilə Avropa İttifaqı arasında ticarət müharibəsinin qarşısını almaq üçün nələr edilə biləcəyini Tramp ilə müzakirə edəcək.
Bəsti Rəfizadə