Gecə klubunun damı uçdu: 27 nəfər ölüb, insanlar dağıntılar altında qalıb

Gecə klubunun damı uçdu: 27 nəfər ölüb, insanlar dağıntılar altında qalıb

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klublarının birində faciə baş verib. 200-ə yaxın insanın iştirak etdiyi şənlik zamanı dam örtüyü çöküb.
 

Sfera.az xəbər verir ki, ilkin olaraq 15 nəfərin öldüyünü bildirilir. Sonradan bu rəqəm 27-yə yüksəlib. Hadisə yerindən çəkilən videoda gecə klubunun damının olduğu yerdə qara uçurumun olduğunu və xilasedicilərin kranlardan istifadə edərək dağıntıları təmizləmələri görünür.


Media aprelin 8-də saat 14:00 radələrində Dominikan klubunda baş verən insident barədə məlumat yayıb.Hadisə merenq sənətçisi Rubbi Perezin konserti zamanı baş verib. Müəssisəyə gələn qonaqların çəkdiyi videolarda gur musiqi sədaları altında rəqs edən gənclərlə tamamilə dolu bir zal görünür. Bir anda hər şey dayanır: dağıntı səsləri və insanların qışqırtıları eşidilir.
 

Şahidlərin sözlərinə görə, qurbanların sayı faciədən iki saat sonra dəqiqləşdirilib. İlk dəqiqələrdə 12-15, daha sonra isə 27-yə yaxın nəfərin öldüyü bildirilib. KİV Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) rəhbəri, general Xuan Manuel Mendezin bəyanatına istinadən xəbər verib. Mənbələrin məlumatına görə, xəstəxanalara 160 yaralı çatdırılıb.


"Biz diqqətimizi hələ də dağıntılar altında qalanların tapılmasına yönəldirik" - deyə Mendez bildirib.
 

Xilasetmə işləri davam edir. Bu arada “X” sosial şəbəkəsində (Twitter) qohumların dağıntılar altındakı insanlarla əlaqə saxladığını əks etdirən videolar yayılıb. Bir səsyazmasında bir kişi həyat yoldaşı ilə danışır və o, zəng edərək kömək istəyir. Digər tərəfdən, bir qadın qızına zəng vurmağı bacaran və yuxarıdan düşən dağıntılar barədə xəbər verən qızı haqqında danışır.


Dominikan KİV-i damın çökdüyü zaman səhnədə olan ifaçı Perezin xilas edilərək xəstəxanaya aparıldığını bildirib. Qurbanlardan birinin adı da açıqlanıb: Monte Kristi əyalətinin qubernatoru Nelsi Kruz, beysbolçu Nelson Kruzun bacısı. Prezident Luis Abinader gecə klubunda faciə baş verən yerə gəlib və həlak olanların ailələrinə başsağlığı verib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...