ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

ABŞ-Rusiya görüşünün tarixi açıqlandı - İstanbulda olacaq

Kreml sözçüsü Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında 10 aprel tarixində İstanbulda keçiriləcək danışıqlarda Rusiya tərəfinin Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacağını bildirib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Moskva şəhərində jurnalistlərin suallarını cavablandıran Peskov, müzakirələrlə bağlı ətraflı məlumatın Rusiya Xarici İşlər Nazirliyi tərəfindən veriləcəyini qeyd edib.


Peskov həmçinin Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (New START) yenidən qüvvəyə minməsi ehtimalına münasibət bildirib. O vurğulayıb ki, belə danışıqlar üçün əvvəlcə ikitərəfli münasibətlərin yaxşılaşdırılması və qarşılıqlı etimadın formalaşması vacibdir.


“Strateji sabitliklə bağlı danışıqları hələlik düşünmək çətindir. Bu cür danışıqlar üçün iki ölkə arasında münasibətlərin müəyyən səviyyəyə çatması və qarşılıqlı inamın bərqərar olması lazımdır”, – deyə Kreml sözçüsü qeyd edib.


Peskov əlavə edib ki, silah nəzarətinə dair mümkün danışıqlarda digər ölkələrin nüvə arsenalının da nəzərə alınması vacibdir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...

Bir aydır komada olan aktyor vəfat etdi

Aktyor və dublyaj aktyoru Vladimir Gerasimov 75 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bir ay əvvəl insult keçirən aktyor komadan ç...