Cənubi Koreyada prezident seçkilərinin tarixi açıqlandı

Cənubi Koreyada prezident seçkilərinin tarixi açıqlandı

Cənubi Koreyada yeni prezident seçkilərinin tarixi müəyyənləşib.
 

Sfera.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Dövlət Başçısının müvəqqəti səlahiyyətlərini icra edən Baş nazir Han Dak Sunun rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında seçkilərin 3 iyun 2025-ci il tarixində baş tutacağı elan edilib.

 

Seçki təqviminə əsasən, prezidentliyə namizədlər 11 may tarixinədək müraciətlərini təqdim etməli, 12 may tarixindən isə seçki kampaniyalarına başlamalıdırlar. Yeni prezident seçkilərin nəticələrinə əsasən, iyunun 3-də keçiriləcək səsvermədən sonra vəzifəsinin icrasına başlayacaq.


Bu qərar, ölkə Konstitusiya Məhkəməsinin keçmiş prezident Yun Suk Yol haqqında çıxardığı qərarından sonra verilib. Konstitusiyaya əsasən, prezidentin vəzifədən uzaqlaşdırılması halında ən geci 60 gün ərzində yeni seçki keçirilməlidir.

 

​Xatırladaq ki, keçmiş Cənubi Koreya prezidenti Yun Suk Yeol 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməsi və parlamentin fəaliyyətini müvəqqəti dayandırması səbəbindən 2025-ci ilin aprel ayında Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Bu hadisədən sonra o, bütün prezidentlik səlahiyyətlərini və imtiyazlarını itirib və prezident iqamətgahını tərk edib

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR