ABŞ bir neçə həftə səbr edəcək - Dövlət katibindən xəbərdarlıq

ABŞ bir neçə həftə səbr edəcək - Dövlət katibindən xəbərdarlıq
Kateqoriya məlum deyil
T

ABŞ aylar sonra yox, bir neçə həftə sonra Rusiyanın sülhə hazır olub-olmadığını biləcək.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio  “The Telegraph” nəşrinə NATO xarici işlər nazirlərinin Brüssel görüşünün yekunlarını şərh edərkən deyib.

 

O bildirib ki, bu müharibəni hər iki tərəf üçün məqbul şərtlərlə bitirmək mümkündür:

 

“Əgər hər iki tərəf razılaşarsa. İndi bu şərtləri tapmaq prosesindəyik və tezliklə Rusiyanın sülhə hazır olub-olmadığını aylar sonra yox, həftələr sonra biləcəyik”

 

Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın əsas məqsədi Ukraynada müharibəni mümkün qədər tez bir vaxtda başa çatdırmaqdır:

 

“Əgər yenidən müharibəni uzatmaq taktikası seçilsə, sonu görünməyən danışıqlarda iştirak etməyəcəyik. Nə biz, nə də Donald Tramp bu yola getməyəcək”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR