Tramp pinqvinlərə vergi tətbiq etdi

Dünya
15:55 / 04.04.2025
5025
Qlobal ticarət müharibəsinə başlayan ABŞ prezidenti Donald Tramp dünyanı təəccübləndirməyə davam edir.
Sfera.az xəbər verir ki, Hind okeanının ucqar nöqtəsində yerləşən “Heard” və “McDonald” adaları da Trampın əlavə vergi siyahısına daxil edilib.
Avstraliya ərazisi olan bu adalar qrupunda yaşayış yoxdur. Əsasən buzla örtülmüş adalar pinqvin və suitilərin koloniyalarına ev sahibliyi edir. Adalara çatmaq yalnız dəniz yolu ilə mümkündür və düz 2 həftə çəkir.
Ağ Ev bildirib ki, adalar Avstraliya ərazisi olduğu üçün siyahıya daxil edilib.
Təəccübünü gizlədə bilməyən Avstraliyanın baş naziri Antoni Albanese "Dünyanın heç bir yeri təhlükəsiz deyil" deyib. Publika.az