Uşaq babasının külünü yedi - FOTO

Dünya
15:30 / 04.04.2025
5237
İngiltərədə 1 yaşlı uşaq anasının vaza içində saxladığı babasının külünü qaşıqlayaraq yeyib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni çəkib paylaşan ananın videosu milyonlarla izlənib. Gənc qadın 1 aprel günü evinin qonaq otağına girdiyində, uşağının nəsə yediyini görüb. Uşağının yediyi qabdan şübhələnən ana, yaxınlaşanda narahat edici bir mənzərə ilə qarşılaşıb. Nataşa 1 yaşlı oğlu Noahın, televizor masasına qoyduğu babasının külünü yediyini görüb. Qadın iş görmək üçün qısa müddətə yuxarı mərtəbəyə çıxdığını, geri döndüyündə isə oğlu Noahı kül ilə örtülmüş bir halda tapdığını deyib.
Fidan Hacızadə