Almaniya Prezidenti böyrəyini xanımına veribmiş – FOTO

Almaniya Prezidenti böyrəyini xanımına veribmiş – FOTO

Məlum olduğu kimi, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Bakıda səfərdə olublar. Səfər çərçivəsində Ştaynmayer xanımı ilə Bakıda bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edib, İçərişəhəri gəzib, Heydər Əliyev Mərkəzində təşkil olunmuş konserti izləyib.

 

Sfera.az ölkəmizdən xoş təəssüratla gedən alman prezident və onun xanımı ilə bağlı maraqlı bir məlumatı təqdim edir:

 

Belə ki, dövlət başçısı Frank-Valter Ştaynmayer öz böyrəyinin birini xanımı Elke Büdenbenderə verib.
 

69 yaşlı prezidentlə 63 yaşlı birinci xanımın 1996-cı il təvəllüdlü Merit adlı bir qızı var. Ştaynmayer ailəsi ilə birlikdə Berlinin ən prestijli ərazilərindən biri olan Zehlendorfda yaşayır.

 

Birinci xanım 2010-cu ildə böyrək transplantasiyası əməliyyatı keçirib. Donor onun əri olub.

 

Həmin dönəmdə böyrəyinin birini xanımına bağışlayan Ştaynmayer müvəqqəti olaraq siyasi arenanı tərk etmək məcburiyyətində də qalıb. O, xanımı üçün donor olmasını belə izah etmişdi:


“Alternativin olmamasına və analizlərin nəticələrinə görə mən özüm böyrək donoru oldum”.
Siyasətçinin sözlərinə görə, donor böyrəyini gözləməmək qərarına gəliblər, çünki həkimlərin fikrincə, transplantasiya təcili lazım idi və bu proses gecikməməliydi.2010-cu ilin oktyabrında Frank-Valter Ştaynmayer yenidən aktiv siyasi fəaliyyətə qayıdıb.
 

Birinci xanım Elke Büdenbender inzibati işlər üzrə hakimdir. O, mümkün qədər şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışır. Maraqlıdır ki, Büdenbender 1995-ci ildə Ştaynmayerlə evləndikdən sonra soyadını dəyişməyib. Şəxsi həyatını nə qədər diqqətdən kənarda saxlamağa çalışsa da, 2010-cu ilin yayında Elke Büdenbender istəmədən özünü ictimaiyyətin diqqət mərkəzində tapıb.
 

O zaman böyrək çatışmazlığından əziyyət çəkib. Vəziyyət o qədər mürəkkəbləşib ki, Elkenin yalnız iki yolu olub: ya həyatının qalan hissəsi üçün həftədə bir neçə dəfə dializ müalicəsi qəbul etmək, ya da böyrək transplantasiyası. Bununla belə, uyğun bir orqan üçün orta gözləmə müddəti 5-7 il olub - Elkenin isə vaxtı yox idi. Donor məsələsində əri onun köməyinə çatıb.


Frank-Valter Ştaynmayerin bu addımı ona dərin ictimai hörmət qazandırıb. O, nə ilə məşğul olduğunu bilirdi: artıq bir neçə onilliklərdir ki, o, ölümündən sonra orqan donoru olmağa razılığını təsdiqləyən xüsusi kart daşıyır.
 

Tələbəlik illərində Ştaynmayerin özü də oxşar vəziyyətlə üzləşib: ağır infeksiyaya yoluxan gələcək siyasətçi görmə qabiliyyətini itirə bilərdi və yalnız riskli buynuz qişasının transplantasiyası sayəsində bundan xilas olması mümkün idi. O zaman onun gözünü əməliyyat ediblər.

 

Qeyd edək ki, Ştaynmayer 19 mart 2017-ci ildə Almaniya prezidenti seçilib. Bundan öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləyib, 2007-2009-cu illərdə isə vitse-kansler olub.


Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur. (Modern.az)










OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...