Logo

Türkiyədə dönərdən zəhərlənmə: 300-dən çox adam xəstəxanalıq olub

Türkiyədə dönərdən zəhərlənmə: 300-dən çox adam xəstəxanalıq olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Kocaeli vilayətində yerli iaşə obyektlərindən birində satılan toyuq dönərindən 300-dən çox insan zəhərlənib, onlardan ikisinin vəziyyəti ağırdır.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bubarədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, dönər alan sakinlər axşam saatlarında ürək bulanması və qusma şikayəti ilə kütləvi şəkildə xəstəxana və təcili tibbi yardıma müraciət ediblər.

Zəhərləndikləri təsdiqlənən 300-dən çox zərərçəkən vilayətin dörd müxtəlif xəstəxanasına, o cümlədən Körfəz Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma başlanılıb, hüquq mühafizə orqanları toyuq dönərini satan iaşə obyektini istintaq yekunlaşana qədər bağlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR