Tramp: "Divara görə vəsait ödəmirsə, Meksika prezidenti ilə görüşməyəcəm"
Kateqoriya məlum deyil
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Meksika hökuməti iki ölkə arasında divarın tikilməsi üçün vəsait ödəmək istəmirsə, onda Meksika prezidenti Enrike Peni Nyetonun yanvarın 31-ə planlaşdırılmış görüşü təxirə salınsa, daha yaxşı olar.
Sfera.az xəbər verir ki, Trend-in məlumatına görə, D.Tramp bunu özünün Tvitter səhifəsində yazıb.
D.Tramp qeyd edib: "Əgər Meksika bu qədər vacib bir divarın inşası üçün vəsait ödəmək istəmirsə, onda gözlənilən görüşü təxirə salmaq daha yaxşıdır".






