Rusiya ŞOKDA - Məşhur şirkətin nümayəndəsi HƏBS EDİLDİ

Rusiya ŞOKDA - Məşhur şirkətin nümayəndəsi HƏBS EDİLDİ

Rus kiber təhlükəsizlik şirkəti "Kaspersky Lab"ın istintaq vahidi idarəçisi Ruslan Stoyanov həbs olunub.

Milli.Az xəbər verir ki, Rusiyanın "Kommersant" qəzeti Stoyanovun vətənə xəyanət ittihamı ilə həbs olunduğunu yazıb. Xəbərdə Stoyanovun Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə aktiv əməkdaşlıq etdiyinin açıqlandığı və həbs olunmasının FSB-nin rəhbər şəxslərindən biri ilə əlaqəsiylə bağlı ola biləcəyi bildirilib.

İddia ilə əlaqədar detallar isə bilinmir.

Stoyanovun həbs olunduğunu təsdiqləyən "Kaspersky Lab" şirkəti istintaqın şirkət ilə bir əlaqəsi olmadığını qeyd edib.

Qeyd edək ki, şirkət 1997-ci ildən Moskvada antivirus proqramı təchizatçısıdır və kiber təhlükəsizlik firması olaraq qurulan "Kaspersky Lab" az qala dünyanın bütün ölkələrində fəaliyyət göstərir.

Şirkətin məhsullarından 300 milyon insan istifadə edir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...