Logo

“Bloomberg”in keçmiş top meneceri və ailəsi müəmmalı şəkildə ölüb - FOTO

"Bloomberg"in keçmiş top meneceri və ailəsi müəmmalı şəkildə ölüb - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Bloomberg”in keçmiş rəhbəri Riçard Samarel, onun həyat yoldaşı Lina Mari və 9 yaşlı qızı Samantanın cəsədləri Cənubi Karolinadakı malikanəsində tapılıb.

Sfera.az xəbər verir ki, polis hadisənin təfərrüatlarını, o cümlədən onların qəza nəticəsində həlak olub-olmamasını gizli saxlayır. Yerli şerif ofisindən verilən açıqlamada ictimaiyyət üçün heç bir təhlükə olmadığı qısa şəkildə qeyd olunub.

Üç ölüm hadisəsi saat 10:20 ilə 11:29 arasında baş verib. Hadisə baş verən zaman ailənin digər üzvləri - cütlüyün başqa bir qızı və azyaşlı oğlu məktəbdə olublar. Polis yaxın vaxtlarda daha ətraflı məlumat verəcəyini açıqlayıb.

Qeyd edək ki, Riçard Samarel 2007-ci ilə qədər “Bloomberg”də səhmlər üzrə menecer olub. Onun həyat yoldaşı Kolumbiyadan ABŞ-a gəlib və Veteranların İşləri Departamentində işləyib. Ailə təxminən 800 min dollar dəyərində olan altı otaqlı evdə yaşayıb.

Aysel

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR