ABŞ-də ana bilmədən oğlunun ölümünə səbəb oldu

ABŞ-də ana bilmədən oğlunun ölümünə səbəb oldu

ABŞ-nin Florida ştatında 5 yaşlı oğlan tərkibində metamfetamin olan alma şirəsi içdikdən sonra dünyasını dəyişib.


Sfera.az “People” nəşrinə istinadən xəbər verir ki, hadisə ilə bağlı uşağın anası Hizer Opsinks ehtiyatsızlıqdan adam öldürmə ittihamı ilə həbs edilib.


Polisin məlumatına görə, Opsinks içərisində metamfetamin olan şüşəni soyuducuda açıq qoyub və uşaq onu içdikdən sonra halı pisləşib. Həkimlərin səylərinə baxmayaraq, uşaq xəstəxanada vəfat edib.


İstintaq zamanı Opsinksin narkotikdən istifadə etdiyi aşkarlanıb, mənzilində isə metamfetamin boruları və şübhəli içkilər tapılıb. 
Məhkəmə Opsinksə 18 yaşdan kiçik şəxslərlə ünsiyyət qadağası qoyub. 


Fidan Hacızadə 


OXŞAR XƏBƏRLƏR