ABŞ Çinlə müharibəyə hazırlaşır? - "The Washington Post"un iddiası

ABŞ Çinlə müharibəyə hazırlaşır? - "The Washington Post"un iddiası

ABŞ ilə Çin arasındakı gərginlik davam edərkən, Amerika mediası əldə etdiyi gizli sənədlərlə Vaşinqtonun Pekinə qarşı mümkün müharibəyə hazırlaşdığını üzə çıxarıb.

 

Sfera.az "Yeni Şafak"a istinadən xəbər verir ki, "The Washington Post"un yaydığı məlumata görə, Pentaqonun əməkdaşlarına paylanmış 9 səhifəlik gizli sənəddə ABŞ-nin xarici siyasət prioritetinin Çini Tayvanı işğal etməkdən çəkindirmək olduğu vurğulanır.

 

Sənəddə həmçinin Prezident Donald Trampın Pekinə qarşı “ehtimal olunan müharibəyə” hazırlıq planlarının olduğu bildirilib.

 

"Washington Post"un iddiasına görə, ABŞ Müdafiə naziri Pete Hegsetin imzası ilə yayılan sənəddə Çin Vaşinqton üçün əsas təhlükə kimi göstərilib.
Sənəddə yer alan ifadələrdən biri belədir:

 

“Çin, ABŞ-ın milli təhlükəsizliyi üçün bir nömrəli təhlükədir. Çin ordusunun Tayvanı sürətli işğalının qarşısını almaq əsas prioritetdir”.
ABŞ administrasiyasının Tayvanın hərbi xərclərini artırması üçün ona təzyiq göstərdiyi və Çin təhlükəsinə qarşı Qrenlandiya, Panama Kanalı kimi strateji bölgələrdə müdafiə planları hazırladığı bildirilib.

 

Sənəddə həmçinin ABŞ ordusunun qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizədə daha aktiv rol alması planlaşdırılıb.
Çin, Tayvan Boğazını öz ərazi suları elan edərək bölgədə xarici hərbi iştirakın əleyhinə çıxır.

 

ABŞ və müttəfiqlərinin bölgədə hərbi varlığını artırması Pekinlə Vaşinqton arasında gərginliyi daha da yüksəldir.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR