Özbəkistanda məsciddə partlayış nəticəsində üç nəfər öldü
Kateqoriya məlum deyil
Özbəkistanın Əndican əyalətində məsciddə partlayış nəticəsində üç nəfər ölüb.
Sfera.az-ın məlumatına görə, bu barədə ölkənin FHN-ni məlumat yayıb.
Bundan başqa, hadisə nəticəsində 10 nəfər yaralanıb və onlar hamısı xəstəxanaya yerləşdiriliblər.
Partlayış yerinə Özbəkistanın baş nazirinin müavini Açilbay Ramatov və FHN rəhbəri Botir Kudratxocayev gəlib.






