Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatdı

Dünya
18:15 / 31.03.2025
8796
Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb, 74 nəfər isə hələ də itkin sayılır.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Banqkokun şimalındakı Çatuçak rayonunda Baş Audit İdarəsinin binasının uçduğu yerdə dislokasiya olunmuş operativ qərargah məlumat yayıb.
İtkin düşənlərin hamısı bu binanın tikintisində çalışanlardır. Son 24 saat ərzində xilasedicilər dağıntılar altından 2 nəfərin meyitini çıxarıblar. Beləliklə, bu obyektdə ümumilikdə 13 nəfər ölüb.
Tailand hökuməti təbii fəlakət nəticəsində evlərinə ziyan dəymiş insanlara kömək etmək üçün 200 milyon bat (5,8 milyon ABŞ dollar) vəsait ayırıb.