Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatdı

Dünya
20:39 / 30.03.2025
8827
Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Sfera.az report.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt administrasiyası yanında zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə qərargah məlumat yayıb.
Bundan əlavə, 76 nəfər itkin düşüb. İtkin düşənlərin hamısı Banqkokun şimalındakı Çatuçak rayonunda Baş Auditor İdarəsinin çökən binasının ərazisində axtarılır. Ümumilikdə bu obyektdə 11 nəfər həlak olub.
Tailand hakimiyyəti təbii fəlakət nəticəsində evləri zərər görənlərə yardım üçün 200 milyon bat (5,8 milyon dollar) fondu təsdiqləyib.