Quterreş müsəlmanları bu sözlərlə təbrik etdi

23:31 / 29.03.2025
7756
BMT Baş katibi Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib və onlara ən xoş arzularını çatdırıb.
Sfera.az xəbər verir ki, o, müharibə, münaqişə və ya məcburi köçkünlük səbəbindən bayramı ailələri ilə birlikdə qeyd edə bilməyən bir çox müsəlmanları da ürək ağrısı ilə xatırladığını bildirib.
“Bu bayram həmrəylik və mərhəmətin dəyərləndirilməsi üçün fürsətdir və ümid edirəm ki, bu fürsət insanları bu dəyərləri reallaşdırması üçün bir araya gətirəcək”, - baş katib qeyd edib.