Logo

ABŞ dərman preparatlarına da gömrük rüsumu tətbiq edəcək

ABŞ dərman preparatlarına da gömrük rüsumu tətbiq edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Vaşinqton tezliklə dərman preparatları üçün gömrük rüsumlarının tətbiqini elan edəcək".

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

"Biz bunu tezliklə elan edəcəyik" deyən Trump dərman və əczaçılıq məhsullarının istehsalını ABŞ-a qaytarmaq niyyətində olduğunu deyib.

"Ancaq bu, əczaçılıq şirkətlərinin, dərman istehsalçılarının istehsalı ölkəmizə köçürməsi üçün kifayət edəcək. Mən artıq COVID-19 zamanı olduğu kimi bu məsələdə başqa ölkələrə güvənmək istəmirəm", - deyə o, bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR