Ərdoğan: Ana müxalifət artıq Qərbə yalvarır

Dünya
23:10 / 28.03.2025
4855
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifətin özünə nəzarətin itirdiyini bildirib.
Sfera.az xəbər verir ki, o, bu barədə İstanbulda çıxışı zamanı deyib.
“Onlar özlərinə nəzarəti o qədər itiriblər ki, artıq Qərbə yalvarırlar. Gənclərin arxasında gizlənməyə, əcdadlarımızın mirası olan məscidlərimizə hörmətsizlik etməyə qədər hər cür biabırçılıq nümayiş etdirildi”, - dövlət başçısı söyləyib.
Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə hökuməti hakimiyyət daxildə sabitliyin pozulmasına və gənclərin alət kimi istifadə olunmasına icazə verməyəcək. (Report)