Rusiya 909 hərbçinin cəsədini Ukraynaya təhvil verdi

Dünya
21:50 / 28.03.2025
6392
Rusiya-Ukrayna müharibəsində həlak olan 909 ukraynalı hərbçinin cəsədinin Rusiya tərəfindən Ukraynaya qaytarıldığı bildirilib.
Sfera.az Türkiyə mediadına istinadən xəbər verir ki, Ukrayna Hərbi Əsirlərlə Müalicə Koordinasiya Mərkəzinin Telegram hesabında yayımlanan rəsmi açıqlamada müharibədə həlak olmuş ukraynalı hərbçilərin cəsədlərinin təhvil verilməsi ilə bağlı məlumat paylaşılıb.
Açıqlamada qeyd olunub ki, Rusiya 909 hərbçinin cəsədini Ukraynaya təhvil verib.
Məlumata görə, cəsədlərin qaytarılması prosesində Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC) yardım edib.
Bəsti Rəfizadə